Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İslamabadın masasında "Üçüncü sənəd" - ABŞ və İranın ziddiyyətli şərtləri arasında kompromis axtarışı

    10 Aprel 2026 14:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İslamabadın masasında "Üçüncü sənəd" - ABŞ və İranın ziddiyyətli şərtləri arasında kompromis axtarışı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə

    Dünya diplomatiyasının diqqəti Pakistanın paytaxtı İslamabada yönəlib. İki həftəlik müvəqqəti atəşkəs elan edildikdən sonra, ABŞ və İranın təqdim etdiyi və bir-birinə tamamilə zidd olan iki təkliflər paketi (vərəqə) ətrafında gərgin danışıqlar gözlənilir. Pakistanın fəal vasitəçiliyi ilə keçirilən bu proses tərəfləri açıq qarşıdurma həddindən geri qaytarmağa xidmət edir.

    Tərəflərin mövqeləri arasındakı uçurum kifayət qədər dərindir. Lakin diplomatik kulislərdə bu iki ziddiyyətli mövqeyi birləşdirə biləcək "Üçüncü Sənəd"in hazırlanması ehtimalı müzakirə olunur.

    Amerika sənədi - Sərt tələblər və tam tərksilah

    Vaşinqtonun təqdim etdiyi sənəd əsasən təhlükəsizlik və hərbi məhdudiyyətlərə söykənir. ABŞ-ın əsas şərtləri aşağıdakılardır:

    Hörmüzdə naviqasiya azadlığının tam təmin edilməsi.

    İranın bütün nüvə infrastrukturunun (Fordo, İsfahan, Nətənz) tam ləğvi, uranın zənginləşdirilməsinin dayandırılması və mövcud ehtiyatların təhvil verilməsi.

    Ballistik raketlərin say və mənzilinin məhdudlaşdırılması, regional qruplaşmalara dəstəyin kəsilməsi.

    Qrşılığında sanksiyaların ləğvi və "Tetik mexanizmi"nin (Snapback) dayandırılması.

    İran sənədi - Qarşılıqlı prinsip və tanınma

    Tehranın "Fars" agentliyi tərəfindən yayılan təklifləri isə tamamilə fərqli yanaşmanı ehtiva edir:

    İrana və müttəfiqlərinə qarşı hər növ hücumun dayandırılması və dəymiş zərərə görə kompensasiya.

    Bütün beynəlxalq və birtərəfli sanksiyaların dərhal ləğvi.

    ABŞ-ın İranın uranı zənginləşdirmə hüququnu rəsmən tanıması.

    Hörmüz boğazından gəmilərin keçidi üçün iki həftəlik məhdud və xüsusi protokolun tətbiqi.

    "Üçüncü sənəd" – Ortaq məxrəc tapıla bilərmi?

    Ekspertlər bildirirlər ki, İslamabadda tərəflərə təqdim oluna biləcək vasitəçi sənəd aşağıdakı prinsiplər üzərində qurula bilər:

    Şəffaflıq müqabilində sanksiya yumşaldılması - Nüvə proqramının tam beynəlxalq nəzarətə verilməsi qarşılığında iqtisadi məhdudiyyətlərin mərhələli ləğvi.

    Mərhələli geriçəkilmə - ABŞ-ın regiondakı hərbi mövcudluğunu azaltması və İranın proksi qüvvələrə dəstəyini məhdudlaşdırması.

    Naviqasiya zəmanəti - Hörmüz boğazının bütün tərəflər üçün təhlükəsizliyinin təmini.

    Buna baxmayaraq, bölgədəki gərginlik və Livanda atəşkəsin pozulması halları bu diplomatik sənədlərin praktiki icrasının nə qədər kövrək olduğunu göstərir.

    #İslamabad Danışıqları 2026 #Hürmüz boğazı naviqasiyası #Nüvə zənginləşdirilməsi hüququ #Tetik mexanizmi (Snapback) #Pakistanın vasitəçilik rolu #Müvəqqəti atəşkəs şərtləri #Fordo və Nətənz obyektləri #Regional sülh təklifləri #ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması #İranın nüvə proqramı haqqında ABŞ-ın yeni tələbləri 2026 #İslamabadda ABŞ-İran görüşünün əsas gündəlik mövzuları #Hürmüz boğazında təhlükəsizlik və dünya iqtisadiyyatına təsiri #Donald Trampın İranla sülh üçün irəli sürdüyü şərtlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

    1 Sentyabr 2026 15:05

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    31 Avqust 2026 13:52

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    30 Avqust 2026 22:00

    ABŞ gəmiləri Hörmüz boğazına daxil olub - Axios

    11 Aprel 2026 17:50

    İslamabadda kritik zirvə - ABŞ, İran və Pakistan arasında üçtərəfli danışıqlar başladı

    11 Aprel 2026 16:54

    İslamabad sammiti başladı - Pakistanın Baş naziri ABŞ nümayəndə heyətini qəbul etdi

    11 Aprel 2026 14:34

    ABŞ İranın dondurulmuş aktivlərini sərbəst buraxacaq

    11 Aprel 2026 14:08

    Cey Di Vens danışıqlar üçün Pakistana gedib

    10 Aprel 2026 16:53

    Ərəb ölkələri ABŞ-İran danışıqlarından kənarda qalmamalıdır - Misir XİN

    10 Aprel 2026 15:00

    Şahbaz Şərif İslamabad danışıqları öncəsi dünya liderlərindən dəstək mesajları alır

    10 Aprel 2026 11:44

    Pakistan nümayəndə heyətləri və jurnalistlər üçün viza rejimini sadələşdirdi

    10 Aprel 2026 09:46
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.