Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Qırğızıstan XİN TDT panel müzakirəsində iştirak edib

    2 Mart 2024 12:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qırğızıstan XİN TDT panel müzakirəsində iştirak edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Qırğızıstan Respublikasının Xarici İşlər Naziri Jeenbek Kulubayev Antalya Diplomatiya Forumunda “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)" panel sessisyasında iştirak edib.

    AzerVoice xəbər verir ki,  bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata əsasən, türkdilli dövlətlərin inteqrasiyası məsələlərinə həsr olunan tədbir ilk dəfə bu diplomatik platformada keçirilib. Müzakirələrdə Azərbaycan, Qazaxıstan, Özbəkistan xarici işlər nazirləri, TDT-nin baş katibi, Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. 

    Panel müzakirəsinin iştirakçıları TDT-nin potensialının, inteqrasiya proseslərinin gücləndirilməsi və üzv dövlətlər arasında əməkdaşlığın artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

    Nazir Jeenbek Kulubaev çıxışında TDT çərçivəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərini bildirib, iqtisadiyyat, investisiyalar, nəqliyyat arteriyalarının inkişafı, hidroenergetika və yaşıl layihələrə sərmayə qoyuluşu kimi potensial qarşılıqlı fəaliyyət sahələrini qeyd edib.

    Müzakirə nəticəsində tərəflər yaranan çağırış və təhdidlərə effektiv şəkildə qarşı mübarizə üçün geosiyasi qeyri-sabitlik fonunda inteqrasiya proseslərinin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

    Qeyd edək ki, Türkiyənin Antalya kurort şəhərində martın 1-dən 3-dək Antalya Diplomatiya Forumu keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən bu tədbirə 100-dən çox ölkədən 4 minə yaxın qonaq, o cümlədən 20 dövlət və hökumət başçısı dəvət olunub.

    X: Lamanasadli01

    Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

    Qırğızıstan XİN TDT panel müzakirəsində iştirak edib
    #Qırğızıstan #Türk Dövlətləri Təşkilatı (TDT) #Jeenbek Kulubayev #Antalya Diplomatik Forumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ŞƏT sammitinin yekunlarına dair imzalanmış sənədlərin siyahısı açıqlanıb

    1 Sentyabr 2026 13:17

    Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

    1 Sentyabr 2026 12:57

    İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

    1 Sentyabr 2026 10:18

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

    1 Sentyabr 2026 09:08

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    31 Avqust 2026 10:35

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    24 Avqust 2026 10:02

    TDT Yaponiya ilə əməkdaşlığı gücləndirir

    14 Avqust 2026 12:09

    Rusiya və Qırğızıstan birgə hərbi təlimlər keçirir

    11 Avqust 2026 16:51

    Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

    31 İyul 2026 18:05

    Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur - Prezident Sadır Japarov

    31 İyul 2026 09:44
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

    Prezident İlham Əliyev: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    Prezident İlham Əliyev: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı

    Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası müvafiq mexanizmlərin hazırlanmasını tələb edir

    Prezident İlham Əliyev: Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyirik

    Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

    Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

    Özbəkistan ŞƏT-ə süni intellekt sahəsində tərəfdaşlıq təklif edir

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.