Brodi absesi sümüyün süngər maddəsində inkişaf edən, nekroz ocağı ilə xarakterik olan lokal iltihabi fokusdur. O, birinci dərəcəli xroniki osteomielitin atipik variantı hesab olunur və əsasən tədrici inkişaf edən, yüngül, lakin uzunmüddətli simptomlarla müşahidə edilir.
Sağlamlıq ensiklopediyası: Xəstəliklər və fobiyalar
Entomofobiya, insanın həşəratlardan (böcəklərdən) güclü, davamlı və irrasional qorxu hissi keçirməsi ilə xarakterizə olunan psixoloji pozuntudur. Bu qorxu sadə iyrənmə və ya ehtiyat hissindən fərqli olaraq, şəxsin gündəlik həyatına, davranışlarına və emosional durumuna ciddi təsir göstərə bilər. Entomofobiya termin olaraq yunan mənşəlidir: “entomon” - həşərat, “phobos” - qorxu deməkdir.
Mikroblar həyatın ayrılmaz hissəsidir. İnsan bədənində trilyonlarla bakteriya yaşayır və bu mikroorqanizmlərin böyük hissəsi sağlamlığı qorumaqda mühüm rol oynayır. Lakin bəzi insanlar üçün bakteriyalar sadəcə görünməyən canlılar deyil, dərin qorxu və stress mənbəyidir. Bacteriophobia (Bakterofibiya,) yəni mikroblardan və bakteriyalardan həddindən artıq, məntiqsiz qorxu, son illər psixologiya və tibbdə daha çox diqqət çəkən fobiyalardan birinə çevrilib.
Ablutofobiya (Ablutophobia) - insanın çimməkdən, duş qəbul etməkdən və ya ümumiyyətlə su ilə təmizlənmə prosesindən irrasional və nəzarətsiz şəkildə qorxması ilə xarakterizə olunan xüsusi fobiyadır. Bu fobiya adətən uşaqlarda müşahidə olunur, lakin bəzi hallarda yetkinlik dövrünə qədər davam edə bilir.
Psixoloji xəstəliklərin təsnifatında az rast gəlinən, lakin populyar mədəniyyətin təsiri ilə son illər daha tez-tez müzakirə olunan kinemortofobiya - yəni zombilərdən və ölü bədənlərin dirilməsi ideyasından hədsiz dərəcədə qorxmaq - psixoloqların diqqət mərkəzinə keçib.
Dendrofobiya - ağaclardan və ya ağacla əlaqəli mühitdən (meşə, iri budaqlar, köklər və s.) qorxu ilə xarakterizə olunan spesifik fobiyadır. Bu qorxu real təhlükə ilə deyil, psixoloji və irrasional təhdid hissi ilə bağlıdır. Bəzi insanlarda yalnız meşəlik ərazilərdə gəzərkən, digərlərində isə hətta ağac şəkillərinə baxanda belə panika reaksiyası yarana bilər.
Dünyada milyonlarla insan hörümçəklərə qarşı qeyri-adi dərəcədə güclü qorxu hissi - araxnofobiya ilə yaşayır. Elmə görə bu, spesifik fobiya növüdür və insanın hörümçəkləri, hətta onların şəkillərini və ya adını belə gördükdə panik və narahatlıq keçirməsi ilə xarakterizə olunur.
Psixologiyada “zemmiphobia” termini ilk dəfə XX əsrin ortalarında klinik fobiyaların kataloqlarında çəkilməyə başlayıb. Daha geniş yayılması isə internet dövründə, nadir fobiyaların siyahıları və populyar psixologiya məqalələri ilə olmuşdur.
Ranidafobiya — insanların qurbağalara və ya qurbağa tipli amfibiyalara (suda-quruda yaşayan heyvanlara) qarşı qeyri-adi, həddindən artıq qorxu hiss etməsi ilə xarakterizə olunan xüsusi fobiya növüdür. Bu vəziyyət normal iyrənmə və ya sadəcə xoşagəlməmə halından fərqlənir, çünki fobiya insanda güclü panika, ürək döyüntüsü, titrəmə, qaçma istəyi və hətta bayılma ilə müşayiət olunur.
Bu qorxu, heyvanın real təhlükə yaratmasından asılı olmayaraq, insanda panik, tərləmə, ürək döyüntüsündə artım, qaçma ehtiyacı və ya bayılma kimi güclü reaksiyalarla müşayiət oluna bilər.
Bu, dissosiativ reaksiya formasında özünü göstərir.
Bu, əsasən infeksion xəstəliklərin yayılması nəticəsində baş verir və sürətlə geniş əhali qruplarını təsir edə bilər.