#Tramp və Zelenski qarşıdurması

Ukrayna Prezidenti Volodimir Zelenskiy ABŞ Prezidenti Donald Trampla görüşündən sonra sülh planının bütün aspektlərinin müzakirə edildiyini bildirərək, “(Sülh planının) bunun 90 faizi üzrə razılıq əldə olunub,” dedi. Zelenskiy Trampla Florida ştatındakı Mar-a-Laqo malikanəsində keçirilən görüşdən sonra birgə mətbuat konfransında açıqlamalarla çıxış edib. Bütün mövzularda səmərəli görüş keçirdiklərini bildirən Zelenskiy, ABŞ və Ukrayna komandaları arasında əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edib.

ABŞ Prezidenti Donald Tramp Ukrayna–Rusiya müharibəsi ilə bağlı Avropa liderləri ilə genişmiqyaslı görüşlər keçirdiyini bildirərək, diplomatik prosesin “ehtiyatlı, lakin müsbət” istiqamətdə irəlilədiyini deyib. Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp təxminən bir saat əvvəl Avropa liderləri ilə apardığı danışıqlara toxunub. “Rusiya və Ukrayna arasındakı müharibənin də müzakirə olunduğu çox yaxşı bir görüş keçirdik. Görüş uzun çəkdi. İşlər yaxşı gedirmiş kimi görünür, lakin bunun çətin bir proses olduğunu da bilirik.” - deyə Tramp qeyd edib.

ABŞ-ın sabiq prezidenti Donald Tramp, Ukrayna prezidenti Volodimir Zelenskini kobud davranışda ittiham edərək onu "diktator" adlandırıb və müharibəni qəsdən uzatmaqda günahlandırıb. Bu açıqlamalar ABŞ-ın Ukraynaya dəstəyində dəyişiklik siqnalı verərək, Avropa və Ukrayna arasında narahatlıq yaradıb.