Bir sıra ərəb və islam ölkələrinin xarici işlər nazirləri, eləcə də beynəlxalq təşkilatların baş katibləri İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail”lə bağlı bəyanatlarını sərt şəkildə pisləyiblər. Bəyanatı pisləyən ölkələr və təşkilatlara Səudiyyə Ərəbistanı, Əlcəzair, Bəhreyn, Banqladeş, Çad , Komorlar İttifaqı, Cibuti, Misir, Qambiya, İndoneziya, İraq, İordaniya, Küveyt, Livan , Liviya, Maldivlər, Mavritaniya, Mərakeş, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Seneqal , Syerra Leone, Somali, Sudan, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmən eləcə də Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası daxildir.
#Qəzzada müharibədən sonrakı vəziyyət
İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində 15 fələstinli həyatını itirib. Xəstəxana mənbələrinin və şahidlərin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağında yenidən köçkün düşənlərin çadırlarını, mülki insanların evlərini və yardım gözləyən şəxsləri hədəfə alıb. İsrailin Qəzza şəhərinin cənub-şərqində yerləşən Zeytun məhəlləsində bir evi bombalaması nəticəsində 4 fələstinli həyatını itirib, 2 nəfər yaralanıb. Eyni məhəllədə başqa bir evə edilən hücum zamanı da 4 nəfər ölüb.
İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir, Təhlükəsizlik Kabinetinin təsdiqlədiyi Qəzza işğalı planının həyata keçirilə bilməsi üçün təxminən 200 min ehtiyat əsgərə ehtiyac olduğunu bildirib. Bu barədə İsrail dövlət televiziyası KAN adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Səudiyyə Ərəbistanı İsrailin Qəzzanın işğal edilməsi ilə bağlı qərarını pisləyib. Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb. Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını (BMT TŞ) İsrailin işğalçı fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.
Qəzzada baş verən soyqırım sona çatana qədər mübarizəmis davam edəcək. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqal Prezidenti Usman Sonko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Türkiyə Qəzzaya humanitar yardımlarını davam etdirir. Türkiyə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) 7 oktyabr 2023-cü ildən etibarən Qəzzaya ümumilikdə 101 min 271 ton humanitar yardımın çatdırıldığını açıqlayıb. Yardımlar 14 təyyarə və 16 gəmi ilə, həmçinin yerli təchizatla həyata keçirilib.
Qəzza zolağına havadan atılan yardımlar, yerindən didərgin düşən insanların sığındığı çadırların üzərinə düşərək ölüm hallarına səbəb olur. Bu barədə Qəzzadakı Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
İsrailin Baş naziri Benyamin Netanyahu sabah yerli vaxtla saat 18:00-da Təhlükəsizlik Kabinetinin iclasını keçirəcək. İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir və digər hərbi rəhbərlərin xəbərdarlıqlarına baxmayaraq, Təhlükəsizlik Kabinetinin Qəzzanın tam işğalı planına razılıq verəcəyi gözlənilir.
İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələlərinə həsr olunmuş kiçik tərkibli müşavirə keçirib. Baş nazirin ofisinin verdiyi məlumata görə, təxminən üç saat davam edən iclasda əsas müzakirə mövzusu Qəzza zolağındakı vəziyyət olub.
İsrail ordusu Qəzza zolağında yardım gözləyən fələstinlilərə atəş açıb. Hadisə nəticəsində 23 nəfər həlak olub. Qəzzanın cənubundakı Nasser Xəstəxanasının verdiyi məlumata görə, müxtəlif yardım paylama məntəqələrinin yaxınlığından ümumilikdə 23 meyit qəbul edilib.
İtaliyanın müdafiə naziri Guido Crosetto avqustun 9-dan etibarən Qəzzaya havadan humanitar yardım göndərməyə başlayacaqlarını açıqlayıb.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Qəzza zolağına səfər edib.