#Yaxın Şərqdə regional təhlükəsizlik

İran Çin Prezidenti Si Cinpinin Yaxın Şərqdə sülh və sabitliyin qorunmasına yönəlmiş dörd maddəlik təşəbbüsünü dəstəklədiyini açıqlayıb. İranın Çindəki səfiri Əbdolreza Rəhmani Fəzli bildirib ki, Pekinin planı Fars körfəzi regionunda davamlı təhlükəsizlik və ortaq inkişaf məqsədi daşıyır. Məsələ İran və Çin xarici işlər nazirləri arasında keçirilən görüşdə də müzakirə olunub. Çin son dövrlərdə Yaxın Şərqdə diplomatik rolunu gücləndirməyə çalışır.

İsrailin nüfuzlu "Maariv" qəzeti həm Vaşinqton, həm də İsraildəki məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahu arasındakı münasibətlərdə ciddi soyuqluq müşahidə olunur. VOA xəbər verir ki, məlumata görə, son günlərdə bu mövzu hər iki ölkənin siyasi dairələrində ən çox müzakirə edilən məsələyə çevrilib.

Avropa Komissiyasının sədri Ursula von der Leyen bu həftə Suriya və Livana səfər edəcək. Avropa Komissiyasının sözçüsü Paula Pinyonun açıqlamasına əsasən, von der Leyenin Suriyaya səfəri Bəşşar Əsədin hakimiyyətdən getməsindən sonra Avropa İttifaqı rəhbərinin bu ölkəyə ilk rəsmi səfəri olacaq. Məlumata görə, səfər von der Leyenin Yaxın Şərq turunun bir hissəsidir. Tur çərçivəsində Avropa Komissiyasının sədri həmçinin İordaniyaya da səfər edəcək.