#Fələstin-İsrail münaqişəsi

ABŞ mərkəzli “Axios” portalı yazır ki, ilkin mərhələdə plan yalnız Qəzza şəhərini əhatə edəcək və qaçqın düşərgələrinə yayılmayacaq. Rəsmi mənbələr bildirir ki, məqsəd oktyabrın 7-dək şəhərdəki bütün mülki əhalini mərkəzi və ətraf bölgələrdəki qaçqın düşərgələrinə köçürmək, ardından isə HƏMAS üzvlərinə qarşı qurudan hücum başlamaqdır.

Plan, İsrail qüvvələrinin hələ nəzarət etmədiyi, xüsusən də Qəzza şəhərinin xarabalıqları ətrafındakı sıx məskunlaşmış bölgələrə irəliləməsini və orada yaşayan fələstinli mülki şəxslərin cənub sahilindəki artıq dolu olan çadır düşərgələrinə məcburi köçürülməsini nəzərdə tutur. Analitiklər bu hərəkətin bölgədə humanitar vəziyyəti daha da ağırlaşdıracağı barədə xəbərdarlıq edirlər.

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza Zolağına təşkil etdiyi hücumlarda 19 minə yaxın müəllim və tələbənin həyatını itirdiyi bildirilib. Fələstin Təhsil və Ali Təhsil Nazirliyi 7 oktyabr 2023-dən 5 avqust 2025-ə qədərki dövrdə baş vermiş İsrail hücumlarının təhsil sektorunda yaratdığı dağıntılar, ölüm və yaralanmalarla bağlı hesabat yayıb. Hesabata görə, İsrailin işğal altında olan Fələstin torpaqları və Qətliamın baş verdiyi Qəzza Zolağındakı hücumlarda 18 min 685 müəllim və tələbə həyatını itirib, 32 min 399 nəfər isə yaralanıb.

İsrail mediasının məlumatına görə, Netanyahu Zamirdən Qəzza zolağının işğalı ilə bağlı planları yenidən işləyərək Nazirlər Kabinetinə təqdim etməyi tələb edib. Zamir isə planların artıq təqdim olunduğunu və əlavə risklərin nəzərə alınmalı olduğunu bildirib. Baş Qərargah rəisi bütün Qəzzanın işğalının İsrail üçün böyük təhlükə yaradacağını, girovların həyatı və ordunun mövqeyi baxımından riskləri artıracağını vurğulayıb.

Dünyanın müxtəlif yerlərindən humanitar yardım daşıyan gəmilər “Qlobal Qətiyyətli Donanma” adı ilə Qəzzaya doğru hərəkətə hazırlaşır. Tunisdə keçirilən mətbuat konfransında bildirilib ki, donanmanın birinci missiyası avqustun 31-də İspaniyadan, ikinci isə sentyabrın 4-də Tunisdən yola düşəcək. Missiyaya 44 ölkədən nümayəndələr qoşulur.

Nazir həmçinin bildirib ki, HƏMAS, İsrailin siyasətinə görə məsuliyyət daşımayan girovları azad etməlidir. Qeyd edək ki, Fələstin dövləti rəsmi olaraq 15 noyabr 1988‑də elan olunub və həmin vaxtdan bəri müxtəlif ölkələr tərəfindən tanınıb.

Son 24 saatda həyata keçirilən hücumlarda 83 fələstinli ölüb, 554 nəfər isə yaralanıb. Bu rəqəmlərlə birlikdə, martın 18-dən — İsrailin birtərəfli atəşkəsi pozduğu tarixdən bəri ölənlərin sayı 9 min 163-ə, yaralıların sayı isə 35 min 602-yə yüksəlib.