Fransa parlamentində bir qrup deputat “islamçı separatizm”lə mübarizəyə dair 17 tövsiyədən ibarət yeni hesabat təqdim edib. Sənəddə ən çox müzakirə yaradan təkliflərdən biri 16 yaşınadək qızların hicab taxmasının qadağan olunması və dini təşkilatlara nəzarətin sərtləşdirilməsidir. Hesabatda Ifop-un araşdırmasına istinad edilərək bildirilir ki, hazırda Fransada 15–24 yaş arası müsəlman qızların 44 faizi hicab taxır. 2003-cü ildə bu göstərici cəmi 16 faiz idi.
#Hicablı qadınlara hücumlar
İtaliyada hakim partiya burka və niqabı bütün ictimai yerlərdə qadağan etmək üçün qanun layihəsi təqdim edib. Qadağanı pozanlara 300 ilə 3 min avro arasında cərimə tətbiq olunacaq. Bu qadağa artıq Lombardiya bölgəsində qüvvədə idi. İtaliyada hakimiyyətdə olan İtaliyanın Qardaşları Partiyası, "İslamla əlaqəli mədəni parçalanma ilə mübarizə" adı altında hazırlanmış geniş qanun layihəsinin bir hissəsi kimi, ictimai yerlərdə burka və niqabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.
Fransada İslam dini ibadətlərini yerinə yetirmək çətin bir məsələdir və burada yaşamayan birisi üçün bəlkə də təsəvvür olunmaz dərəcədə çətindir. Məsələn, məscidlərdə namaz qılmaq müxtəlif səbəblərdən çətindir. Hicab isə tam bir “ittiham” sayılır, qadınlara işləmək, övladlarını məktəbə müşayiət etmək, hətta idman etmək hüququ belə tanınmır. İslam məktəblərinin çoxu bağlanıb, qalan az bir qismi də qaçılmaz olaraq növbəsini gözləyir.
Almaniyanın paytaxtı Berlində 2024-cü ildə müsəlmanlara qarşı hücum və ayrı-seçkilik hallarında ciddi artım müşahidə edilib.