Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə vətənin təhlükəsizliyinə xələl gətirənlərə qarşı dərhal sərt tədbirlərin görülməsi üçün vəliəhd, Baş nazir Salman bin Həməd Al Xəlifəyə rəsmi tapşırıq verib. VOA xəbər verir ki, bu tədbirlərə həmin şəxslərin Bəhreyn vətəndaşlığına layiq olub-olmadıqlarına yenidən baxılması da daxildir.
#Bəhreyn Krallığı
Səudiyyə Ərəbistanı zorakılığın bütün formalarını qəti şəkildə rədd edir. Bu bəyanatla Krallığın Xarici İşlər Nazirliyi çıxış edib. Rəsmi Riyad Livanın cənubunda Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibindəki Fransa kontingentinə qarşı törədilən və bir əsgərin ölümü, bir neçəsinin yaralanması ilə nəticələnən hücumu kəskin şəkildə pisləyib.
Bəhreyn Rəsmi Xəbər Agentliyi (BNA) ölkənin milli enerji şirkəti olan "Bapco Energy"yə məxsus anbarda baş verən yanğının tamamilə söndürüldüyünü bəyan edib. Rəsmi məlumatda yanğının İran tərəfindən həyata keçirilən hücum nəticəsində başladığı bildirilir.
Cümə günü Parisdə Kral Hamad bin İsa Al Xəlifə ilə Prezident Emmanuel Makron arasında baş tutan danışıqlar zamanı Bəhreyn və Fransa arasında birgə müdafiə əməkdaşlığı sazişi imzalanıb. Fransa Prezident Administrasiyasından verilən məlumata görə, saziş müdafiə, təlim və strateji məlumat mübadiləsi sahəsində əməkdaşlığı möhkəmləndirir. Bəyanatda həmçinin qeyd olunub: “Bu saziş müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq, eyni zamanda artan gərginliklə səciyyələnən qlobal və regional geosiyasi mühitdə iki ölkə arasındakı həmrəyliyi gücləndirəcək”.
Azərbaycanda səfərdə olan Bəhreyn krallığı nümayəndələr şurasının baş katibi Məhəmməd İbrahim Aisisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə AzerVoice-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, tər güllər düzüblər.
Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək. AzerVoice xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib. "Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanunu layihəsi komitədə müzakirə ediləcək.