Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.
#Ağdərə
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. Köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində yataqxanalarda sanatoriya binalarında məskunlaşan sakinlərdir. Bu köç də daxil olmaqla, Ağdərə rayonunun Həsənriz kəndində 228 ailə 857 nəfər məskunlaşıb.
Ağdərə rayonunda mina hadisəsi baş verib.
Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə təşkil olunan konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq keçirilib.
Noyabrın 8-də Xankəndi şəhərində 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin 5 illik yubileyi böyük qürur və sevinclə qeyd edilib.
Tədbirdə üçrəngli bayraqlar dalğalanıb, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib. Zəfər Günü münasibətilə keçirilən yürüş bir daha Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və torpaqlarımızın azadlığı uğrunda qazanılan tarixi qələbənin əzəmətini nümayiş etdirib.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Oktyabrın 8-də Xocalının Xanyurdu kəndinə növbəti köç həyata keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən TurkicWorld-ə verilən məlumata görə, ölkəmizin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşan 69 nəfərdən ibarət 18 ailə bu gün Xanyurdu kəndinə qayıdıb.
27 sentyabr – Anım Günü ilə bağlı Xocalı şəhər Şəhidlər xiyabanında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb, qəhrəman Vətən övladlarının əziz xatirəsinə dualar oxunub.
Azad olunan ərazilərdə 15-21 sentyabr tarixlərdində 14 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 1286 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Həsənriz kəndinə köç edənlər bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Mədəniyyət Nazirliyi və Xankəndi Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 20-də Xankəndidə Şəhər Günü keçirilir. Bu münasibətlə Xankəndidə əsl bayram ab-havası yaşanır. Gün ərzində sərgi, tamaşa nümayişi və konsertlər təşkil olunacaq. Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib.