Azərbaycan tarixinin ən əlamətdar biri olan 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bu günün təsis olunması sadəcə rəsmi bir tarixdən daha çox, azadlıq, vətən uğrunda mübarizənin, milli həmrəyliyin və qəhrəmanlığın əbədiləşdirilməsidir. S.Mikayılova qeyd edib ki, 2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsis edilən bu gün, 30 ilə yaxın davam edən işğal və çətin mübarizələrin sonunda ölkəmizin ərazi bütövlüyünün bərpasının, Azərbaycanın tarixi torpaqlarının düşmən işğalından azad edilməsinin və həmin şəhərlərdə Azərbaycan Dövlət Bayrağının qürurla dalğalanmasının simvoludur.
#Ağdərə
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bununla bağlı Prezident İlham Əliyev 18 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrın 19-da Azərbaycan ordusu erməni silahlı birləşmələrinin təxribatları və terror aktlarına cavab olaraq lokal xarakterli antiterror tədbirləri başladaraq 24 saatdan az müddətdə separatçıları təslim olmağa məcbur edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında ümumilikdə 18.7 minə yaxın şəxsin məskunlaşması təmin edilmişdir.
Xocalı rayonunun Daşbulaq kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub. AzerVoice xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Yenidən qurulan və bərpa edilən evlərdə əhalinin normal yaşayışın təmin etmək üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.Qayıdış proqramına uyğun olaraq,Kolatağ kəndinə, 26 ailə 89 nəfər köçürülür ki, Ağdam rayonundan 6 ailə 24 nəfər, Bakı şəhərindən 5 ailə 16 nəfər, Bərdə rayonundan 5 ailə 16 nəfər, Ağcabədi rayonundan 3 ailə 13 nəfər, Sumqayıt şəhərindən 2 ailə 6 nəfər, Tərtər rayonundan 2 ailə 4 nəfər, Oğuz rayonundan 1 ailə 4 nəfər, Göygöl rayonundan 1 ailə 3 nəfər, Qəbələ rayonundan 1 ailə 3 nəfər köçürülür.
Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.