#Beynəlxalq diplomatiya

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Antalya Diplomatik Forumu çərçivəsində keçirilən Balkan Sülh Platformasının 3-cü iclasına sədrlik edib. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, iclas platformanın regionda sülh, dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən fəaliyyətlərinin davamı kimi təşkil olunub. Görüşdə Balkan ölkələri arasında siyasi koordinasiya, regional sabitlik və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Çin 2026-cı ilin əvvəlində Suriyanın paytaxtı Dəməşqdəki səfirliyini yenidən açacaq və Suriya xalqına yardım göstərəcək. Bu barədə Suriya Xarici İşlər Nazirliyinin Rusiya və Şərqi Avropa üzrə şöbə müavini məlumat verib. Salibi bildirib ki, səfər Suriyanın xarici siyasətində yeni dövrün başlanğıcını simvollaşdırır və ticarətin canlanması, diplomatik nümayəndəliklərin yenidən fəaliyyətə başlaması baxımından ümidvericidir.

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Məhəmməd bin Zaid əl-Nəhyanın 2025-ci il sentyabrın 16-da Azərbaycana səfəri sadəcə diplomatik protokol deyildi – bu, yeni geosiyasi düzənin strateji manifesti idi. Onun marşrutu azad edilmiş ərazilərdə inşa olunmuş Füzuli beynəlxalq hava limanından başlayaraq, tarixi və mədəniyyət mərkəzi olan Şuşada davam etməsi dünya ictimaiyyətinə aydın mesaj verdi: BƏƏ Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir və bölgənin bərpasında açar tərəfdaş olmağa hazırdır.