#Mətbuat konfransı

İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında ölkəsinin təhlükəsizlik mübarizəsinin davam etdiyini bildirib. O qeyd edib ki, İsrail ciddi təhlükələrdən yayınmağa nail olsa da, proses başa çatmayıb. Baş nazir milli təhlükəsizliyin əsas prioritet olaraq qaldığını vurğulayıb. Netanyahu İsrailin öz maraqlarını qorumaqda qərarlı olduğunu deyib. O, təhlükələrə qarşı bütün imkanların saxlanıldığını bildirib. Baş nazir İran-ABŞ razılaşmasının detalları barədə geniş məlumat verməyib. Bununla belə, Tel-Əvivin ehtiyatlı mövqeyi diqqət çəkib. Netanyahunun açıqlamaları İsrailin gələcək addımları ilə bağlı müzakirələri gücləndirib.

Tramp, təxminən 80 dəqiqəlik konfransda immiqrasiya və təhlükəsizlik siyasətlərinə görə tənqidlərə məruz qalıb. Milli Qvardiyanın Vaşinqton küçələrinə yerləşdirilməsini müdafiə edərək, “Məni respublikaya hücumda ittiham edirlər, halbuki təbrik etməlidirlər,” - deyə o bildirib. O, Müdafiə Nazirliyinin adını “Müharibə Departamenti” kimi dəyişdirmək planını açıqlayıb və bunun “qələbə tarixi” daşıdığını qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp danışıqları yekunlaşdırıblar. Mətbuat konfransından sonra iki lider qısa, ayaqüstü söhbətə davam ediblər. Ardınca Putin “Fort-Riçardson” hərbi qəbiristanlığını ziyarət edərək sovet pilotlarının məzarına gül dəstəsi qoyub.

Moskva Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Vaşinqtonla işləməyə hazırdır. Bu barədə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. “Prezident Trampın bu gün dediyi kimi, Ukraynanın təhlükəsizliyi təmin edilməlidir. Əlbəttə, biz bunun üzərində işləməyə hazırıq” – deyə, Putin qeyd edib.

İsrail artıq 22 aydır Fələstin xalqını amansız şəkildə qətlə yetirir. Aclığın fələstinlilərə qarşı silah kimi istifadə olunması, İsrailin insanlıqdan nə qədər uzaq olduğunu açıq şəkildə göstərir. Qəzzadan yayılan görüntülər nasist düşərgələrindən belə daha dəhşətli, daha qəddar və qeyri-insani mənzərə yaradır.