#Beynəlxalq yük daşımaları

2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 287 min 126 ton təşkil edib. “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 304 min 500 ton olub”, – deyə nazirlikdən bildirilib. Məlumatda bildirilib ki, 2025-ci ilin iyul ayında Türkiyə limanlarından 5 milyon 529 min 163 ton transit yük daşınıb. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- iyul aylarında Türkiyə limanları 243 milyon 740 min 27 ton yük qəbul edib.

Bu ilin iyul ayında Türkiyə limanları 6 min 357 gəmi qəbul edib. Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 450 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 907 olub. 2025-ci ilin yanvar - iyul ayında Türkiyə limanları 35 min 802 gəmi qəbul edib. “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 329, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 473 olub”, - deyə nazirlikdən bildirilib.

Bu ilin yanvar-iyun ayında Türkiyə limanlarından 277 min 310 ton təbii, 3 milyon 797 min 163 ton isə kimyəvi olmaqla ümumilikdə 4 milyon 180 min 988 ton gübrə daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 55 min 208 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 4 milyon 125 min 780 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.