#Əmman

Qətər və Misirin xarici işlər nazirləri Əmmanda keçirilən görüşdə ikitərəfli münasibətləri və Yaxın Şərqdə artan gərginliyi müzakirə ediblər. Şeyx Məhəmməd bin Əbdülrəhman dialoq və diplomatiyanın əhəmiyyətini vurğulayaraq ABŞ–İran Anlaşma Memorandumunun icrasına və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasına çağırış edib. O, Qətərin regionda gərginliyin azaldılması və uzunmüddətli sabitliyin təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini bildirib.

ABŞ-nin İordaniyadakı səfirliyi Amerika vətəndaşlarına Yaxın Şərqə səfərləri yenidən qiymətləndirməyi tövsiyə edib. Səfirlik regionda gərginliyin artması səbəbindən əlavə təhlükəsizlik tədbirləri görülməsinin vacibliyini vurğulayıb. Bəyanatda ABŞ diplomatik nümayəndəliklərinin və digər Amerika maraqlarının hədəfə çevrilə biləcəyi bildirilib. Vətəndaşlara uçuş ləğvləri və hava məkanlarının bağlanması ehtimalına hazır olmaları tövsiyə olunub. ABŞ hərbi bazalarından uzaq durmaq çağırışı da edilib. Səfirlik yerli hökumətin və diplomatik nümayəndəliyin təhlükəsizlik göstərişlərinə əməl olunmasını istəyib. Xəbərdarlıq regiondakı təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda yayılıb.

Türkiyənin ticarət naziri Ömər Bolat İordaniyanın paytaxtı Əmmanda İordaniya sənaye, ticarət və təchizat naziri Yarub əl-Qudat ilə birgə keçirilən Türkiyə–İordaniya Qarışıq İqtisadi Komissiyasının (KEK) iclasında iki ölkə arasında birinci dövr qarışıq iqtisadi komissiya üzrə Anlaşma Memorandumunun imzalandığını bildirib. Bolat qeyd edib ki, bu sənəd ticarətdən qarşılıqlı investisiyalara, tikinti layihələrindən kənd təsərrüfatına, səhiyyədən mədəniyyət və turizmə qədər bir çox sahədə əməkdaşlığı əhatə edən konkret və konstruktiv razılaşmaları özündə birləşdirir.

İordaniya Haşimilər Krallığının ev sahibliyi ilə bu gün Əmmanda İordaniya-Suriya-ABŞ üçtərəfli görüşü başlayıb. İordaniya Xarici İşlər və Qürbətçilər Nazirliyində keçirilən toplantıda Suriyadakı mövcud vəziyyət və ölkənin yenidən qurulması prosesinə dəstək yolları müzakirə olunur. PETRA agentliyinin məlumatına görə, görüşdə Suriyanın xarici işlər naziri Əsəd Şeybani, ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak, həmçinin üç ölkənin müvafiq qurumlarının nümayəndələri iştirak edir. Toplantı, 8 iyulda Suriyanın cənubunda daimi sülhün yaradılması məqsədilə başlanan danışıqların davamıdır.