#Arzu Əliyeva

Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri keçirilib. Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib. Tədbir çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar.

Sentyabrın 22-də ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evində Türkiyənin Birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirilib.IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva sərgidə iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirak ediblər. IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada yüzdən çox könüllü iştirak edib. İməcilik zamanı toplanılan beş tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib. Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda birgə səylərə cəlb etməkdir.

Heydər Əliyev Mərkəzində distant formada keçirilən növbəti Çin dili kurslarının birinci mərhələsini uğurla başa vuran 20 tələbəyə sertifikatlar təqdim olunub. Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutunun və Pekin Xarici Dillər Universitetinin birgə tərəfdaşlığı ilə UNEC-də distant Çin dili kursları təşkil olunur. Üçüncü qəbul üzrə tədris UNEC-də 2024-cü ilin dekabrından başlayıb. Sertifikatların təqdim olunması mərasimində çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, 2019-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və Leyla Əliyevanın rəhbərliyi ilə başlanılan distant Çin dili kursları qısa müddətdə böyük marağa səbəb olub. O deyib ki, müraciətlərin sayı hər mərhələdə dəfələrlə artıb. Rektor vurğulayıb ki, kursların distant formada keçirilməsi həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar üçün geniş imkanlar açır.