#hazır geyim

Türkiyə 2025-cü ilin iyul ayında İrana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq, 1 milyon 450 min 18 dollara çatdırıb. Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən İrana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz azalaraq, 14 milyon 731 min 66 dollara bərabər olub.

Türkiyə 2025-cü ilin iyul ayında Azərbaycana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz azalaraq, 3 milyon 806 min 51 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz azalaraq, 26 milyon 594 min 26 dollara bərabər olub.