"Tamburalı Paşa" kimi tanınan Hasan Kundakçı, 1937-ci ildə Afyonkarahisarda anadan olub. 1955-ci ildə Kuleli Hərbi Liseyini, 1957-ci ildə Hərbi Akademiyanı piyada leytenantı rütbəsi ilə bitirib. 1959-cu ildə Piyada məktəbində təhsilini başa vurduqdan sonra 1961-1962-ci illərdə 12-ci Koreya Diviziyasında taqım komandiri, 1965-1967-ci illərdə Ağrı və Tendürək dağlarında sərhəd rütbəsi komandiri vəzifələrində xidmət edib. 1979-1980-ci illərdə Kiprdə 230-cu Piyada Alayına komandirlik edib. 1984-cü ildə briqada generalı rütbəsi alıb. O, iki il 70-ci Mexanikləşdirilmiş Piyada briqadasının komandiri və Siirtdə Hərbi vəziyyət komandirinin müavini vəzifələrində çalışıb.1986-cı ildə Xüsusi Müharibə Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. O, 1970-ci illərdə Afinada hərbi attaşe vəzifəsində çalışıb.