#MakKinli dağı

Şimali Amerikanın ən yüksək zirvəsi olan Alyaskadakı dağın adı uzun illər ərzində siyasi və tarixi mübahisələrin mövzusuna çevrilib. Yerli xalqların əsrlərdir “Denali” adlandırdığı zirvə 1896-cı ildə “MakKinli” adlandırılıb. Qızıl axtarışları zamanı Alyaskaya gələn kəşfiyyatçı Uilyam Diki 1896-cı ildə dağa ABŞ prezidentliyinə namizəd Uilyam MakKinlinin adını verib. Bu ad 1917-ci ildə rəsmi status qazanıb.