İsrail qüvvələri İordan çayının qərb sahilində Tubas şəhəri, Aqqaba qəsəbəsi və Fəra qaçqın düşərgəsinə basqın edib. VOA xəbər verir ki, Fələstin tərəfinin məlumatına əsasən, hərbçilər bir neçə evdə axtarış aparıb. Əməliyyat zamanı geniş hərbi hərəkətlilik müşahidə olunub. Sonradan qüvvələrin ərazilərdən çəkildiyi bildirilib. Saxlanılan şəxslərlə bağlı məlumat verilməyib. Hadisə bölgədə davam edən gündəlik hərbi əməliyyatlar fonunda baş verib. Rəsmilər evlərə basqınların və yol məhdudiyyətlərinin davam etdiyini bildirir.
#Tubas
İordan çayının qərb sahilində və Şərqi Qüdsdə gərginlik səngimək bilmir. Fələstin mənbələrinin məlumatına görə, İsrail qüvvələrinin keçirdiyi reydlər və məskunlaşmaçıların müxtəlif yaşayış məntəqələrində həyata keçirdiyi hərəkətlər nəticəsində saxlanılan şəxslər, müsadirə edilən nəqliyyat vasitələri və zərər görən təsərrüfat sahələri qeydə alınıb. Son hadisələr bölgədə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları daha da artırıb və fələstinlilərin gündəlik həyatına təsir göstərən problemləri yenidən gündəmə gətirib.
İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilindəki Əqqabə qəsəbəsində həyata keçirdiyi reyd nəticəsində 2 nəfər yaralanıb, 17 nəfər isə saxlanılıb. Fələstin Qızıl Aypara Cəmiyyəti tərəfindən verilən məlumata görə, yaralanan şəxslər İsrail əsgərləri tərəfindən döyülərək zərər çəkiblər və onlara tibbi yardım göstərilib.
İsrail ordusu, 29 noyabrda çəkildiyi Qərb Şəriyənin şimalındakı Tubas şəhəri və şəhər yaxınlığındakı Akaba qəsəbəsinə yenidən hərbi əməliyyat həyata keçirib. Şahidlərin verdiyi məlumata görə, Tubas və Akaba bölgələrinə çox sayda hərbi birləşmə ilə daxil olan İsrail ordusu, şəhərin və qəsəbənin küçələrinə yerləşib. Tubas və Akaba bölgələrində ikinci bir elan verilənədək küçəyə çıxma qadağası tətbiq olunub. Hərbi buldozerlər isə Tubasda yolları bağlamağa başlayıb.
İsrail ordusu işğal altındakı Qərb Şəriyanın şimalında yerləşən Tubas şəhəri və ətraf qəsəbələrə səhər saatlarında genişmiqyaslı hücumlar edib. Bölgəyə güclü ehtiyat qüvvələri göndərən İsrail ordusu bəzi məntəqələrə hərbi iş maşınları yerləşdirib və helikopterlərdən müəyyən hədəflərə atəş açıb. İsrail qüvvələri şəhərin bütün girişlərini torpaq baryerləri və hərbi yoxlama məntəqələri ilə bağlayaraq sokağa çıxma qadağası tətbiq edib.