#Misirdə neft kəşfiyyatı

Misir neft və qaz yataqlarının kəşfiyyatı üçün 14 yeni ərazi üzrə beynəlxalq tender elan edib. Ölkənin Neft və Mineral Sərvətlər naziri Kərim Bədəvi tenderin xarici və yerli şirkətlərə açıq olduğunu bildirib. Tenderə Aralıq dənizi, Nil deltası və Şimali Sinayda yerləşən 8 ərazi, Süveyş körfəzi, Sinay və Qərbi səhrada yerləşən daha 6 ərazi daxildir.