#Şərqi Liviya

Təqaüdçü general Xəlifə Hafterin Nigerin qərbində İŞİD-ə bağlı qrup tərəfindən girov saxlanılan amerikalı pilot Kevin Raydoutun azad edilməsinə kömək etdiyi bildirilir. “Reuters”in dörd mənbəyə istinadən yaydığı məlumata görə, Raydout ötən cümə axşamı gec saatlarda Liviyanın şərqindəki hakimiyyət orqanlarına təhvil verilib. Bununla belə, girovun azad edilməsi müqabilində nə verildiyi barədə rəsmi məlumat açıqlanmayıb. Mənbələrdən biri Liviyanın fidyə ödədiyini bildirib.

Liviyanın şərqindəki Benqazi şəhərində hərbi kəşfiyyat xidmətinin rəhbəri general-mayor Fövzi əl-Mənsuri avtomobilinin partladılması nəticəsində öldürülüb. Şərqi Liviya hakimiyyətinin məlumatına görə, hadisə bazar ertəsi axşam Benqazinin əl-Həvari bölgəsində baş verib. Əl-Mənsurinin avtomobili partlayıcı qurğu ilə partladılıb.