#Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin davamlı və qalıcı sülhlə bitməsinin vacibliyini vurğulayaraq, atəşkəsin həm quruda, həm havada, həm də dənizdə təmin olunmasını tələb edib. O, həmçinin bütün ukraynalı hərbi və mülki əsirlərin azad edilməsini və Rusiya tərəfindən qaçırılan uşaqların geri qaytarılmasını önə çəkib. Zelenski Alyaska sammitindən sonra ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə telefon danışıqlarını şərh edib, bazar ertəsi Vaşinqtona gedəcəyini bildirib. O, görüşdüyü liderlərin müharibənin dayandırılması ilə bağlı aydın mövqedə olduğunu, Ukrayna üçün uzunmüddətli təhlükəsizliyin ABŞ və Avropanın dəstəyi ilə təmin edilməsinin vacibliyini vurğulayıb.

Orban ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüşlə bağlı sosial mediada açıqlama verib. O, illərdir iki böyük nüvə dövlətinin bir-birinə qarşı sərt mövqelər nümayiş etdirdiyini qeyd edərək, “Bu, bitdi. Bu gün dünya dünənkindən daha təhlükəsizdir”, – deyib. Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijjarto da sammiti yüksək qiymətləndirərək, ABŞ və Rusiya arasında dialoqun ən yüksək səviyyədə davam etməsinin qlobal təhlükəsizliyi gücləndirəcəyini vurğulayıb. O, Ukraynada müharibənin yalnız danışıqlar və diplomatik kanallar vasitəsilə həll edilə biləcəyini bildirib.

Məlumata görə, görüşdə NATO-nun baş katibi Mark Rutte, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Almaniya, Finlandiya, Polşa, İtaliya və Böyük Britaniya liderləri də iştirak ediblər. Ukrayna prezidenti Vladimir Zelenski isə ABŞ lideri ilə telefon danışığından sonra bazar ertəsi Vaşinqtona səfər edəcəyini, Tramp ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün müzakirələr aparacağını açıqlayıb.

Böyük Britaniya Baş naziri Keir Starmer, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında sabah keçiriləcək görüşdən əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə kritik görüş keçirəcək. Starmer və Zelenski arasında bu gün baş tutacaq görüşdə Ukrayna məsələləri müzakirə ediləcək. Zelenski dünən Almaniyanın ev sahibliyi etdiyi onlayn iclasda da iştirak etmişdi.

Ukrayna prezidenti Vladimir Zelenski müharibəni bitirmək planının əsasını atəşkəs, ABŞ-ın vasitəçiliyi ilə danışıqlar və aydın təhlükəsizlik zəmanətinin təşkil etdiyini bildirib. O, Avropa və ABŞ-ın bu prosesdə iştirakı və zəmanət mexanizmlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.Zelenski, Rusiya prezidenti Vladimir Putinin Donbasdan çəkilmə tələbinin mümkün olmadığını deyərək, bunun yeni müharibəyə yol aça biləcəyini qeyd edib.

Bəyanata Macarıstan prezidenti Viktor Orban istisna olaraq qatılmayıb. Aİ liderləri Ukrayna xalqının öz gələcəyinə azad şəkildə qərar vermək hüququnu dəstəklədiklərini bildirərək, "Ukrayna olmadan Ukraynada sülhə gedən yol müəyyən edilə bilməz" fikrini ifadə ediblər. Bəyanatda müharibənin Avropa və beynəlxalq təhlükəsizlik üçün geniş təsirləri qeyd olunub və Aİ-nin ABŞ və digər tərəfdaşlarla koordinasiyada Ukraynaya hərbi, siyasi, iqtisadi, humanitar və diplomatik dəstəyini davam etdirəcəyi vurğulanıb. Rusiyaya qarşı tətbiq olunan sanksiyaların da davam etdiriləcəyi qeyd olunub.