#Aqropark

Azərbaycanın "İsfa" MMC şirkəti Dağıstanda aqropark layihəsinə başlayıb. Layihə Dərbənd rayonunda həyata keçiriləcək. İlk mərhələdə 100 hektar zeytun bağı salınacaq, gələcəkdə sahə 300 hektara çatdırılacaq. Zeytun tingləri Yevlax Pilot Aqroparkında yetişdirilib. Şirkət suvarma sistemlərinin qurulmasını da öz üzərinə götürüb. Növbəti mərhələdə gündəlik 100 ton gücündə zeytun yağı emalı zavodunun tikilməsi planlaşdırılır. Hazırda layihə üzrə hazırlıq işləri davam edir.