İsrail ordusunun Lübnanın cənubundakı Nebatiye vilayətində bir avtomobilə pilotsuz uçuş aparatı (İHA) ilə etdiyi hücumda 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Rəsmi məlumatlara görə, Nebatiyəyə bağlı Bint Cubeyl rayonunun Tayri qəsəbəsində hərəkətdə olan avtomobil İsrail İHA-sı tərəfindən hədəf alınıb. Hücum zamanı hədəfə yaxın keçən məktəb avtobusundakı bir neçə şagird və sürücü yaralanıb.
#İHA
Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ən böyük yerli istehsal hərbi gəmisi və dünyanın ilk silahlı İHA-daşıyan flaqmanı TCG Anadolu Çanaqqaladan İstanbulun Sarayburnu bölgəsinə doğru yola çıxıb. Səyahət Malazgirt Zəfərinin 954-cü ildönümü və 30 Avqust Zəfər Bayramı münasibətilə keçirilir və 350 gənc səyahətə qoşularaq milli mübarizə ruhunu yaşamağa dəvət olunub. Gənclər texnologiya və müdafiə sahəsində təqdimatlar və mühazirələrlə məlumatlandırılacaq, bu mühazirələri Milli Müdafiə Universitetinin professor-müəllim heyəti aparacaq.
Gəmi və insansız dəniz platformaları, şaquli qalxma-enmə qabiliyyətinə malik sabitqanadlı insansız hava aparatlarının (İHA) inteqrasiyası ilə strateji imkanlar qazanacaq. Türkiyənin müdafiə sənayesi şirkəti HAVELSAN, 2019-cu ildən bəri Robotik Avtonom Sistemlər Mərkəzində insansız vasitələr inkişaf etdirir. Bu çərçivədə formalaşdırdığı platforma ekosistemi ilə insansız hava, quru və dəniz vasitələri istehsal edən HAVELSAN, ortaya qoyduğu həllərlə ölkə daxilində və xaricdə mühüm vəzifələr icra edir. Şaquli qalxma-enmə (VTOL) qabiliyyətinə malik sabitqanadlı hava platformaları BAHA Avtonom Buludaltı İHA, BOZBEY Avtonom Buludaltı İHA və BULUT Avtonom İHA, həm müstəqil şəkildə, həm də digər hava, quru və dəniz vasitələri ilə inteqrasiya olunmuş formada fəaliyyət göstərə biləcək səviyyəyə gətirilib.
Türkiyənin müdafiə sənayesi çərçivəsində tamamilə yerli imkanlarla hazırlanan iki yeni pilotsuz uçuş aparatı – KARAGUN və TOYDU – ilk dəfə olaraq İstanbulda keçiriləcək IDEF 2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində təqdim ediləcək
Türkiyənin pilotsuz uçuş aparatları istehsalçısı Baykar ilə İtaliyanın Piaggio Aerospace şirkəti arasında imzalanan müqaviləyə əsasən, Bayraktar TB2 İtaliyada istehsal ediləcək.
Türkiyənin Konyada yerləşən 3-cü Əsas Jet Baza Komandanlığında keçirilən “Beynəlxalq Anadolu Qartalı-2025” hərbi təlimində ilk dəfə pilotsuz uçuş aparatları (İHA) birbaşa bombardman missiyasında iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçirilən Türkiyə İxracatçılar Məclisinin (TİM) 32-ci Qurultayı və "İxracatın Şampiyonları" mükafatlandırma mərasimində çıxış edərək ölkənin müdafiə sənayesi və ixrac sahəsindəki nailiyyətlərini vurğulayıb.