#Yəhya Səri

Husilərin hərbi sözçüsü Yəhya Səri Səna hava limanının blokadasına qarşı sərt mövqe nümayiş etdirib. O, blokadaya blokada ilə cavab verəcəklərini bildirib. Husilər Səudiyyə Ərəbistanını Səna hava limanına zərbə vurmaqda ittiham ediblər. Qruplaşma bu hücuma cavab olaraq Əbha Beynəlxalq Hava Limanını hədəf aldığını açıqlayıb. Yəhya Səri bütün variantlara hazır olduqlarını bəyan edib. O, Yəmən xalqını səfərbərliyə çağırıb. Bölgədə Səudiyyə Ərəbistanı ilə husilər arasında gərginlik yenidən artır.