Türkiyə Muhsin Yazıcıoğlunun helikopter qəzası ilə bağlı istintaqda 19 nəfər həbs olunub Türkiyədə Böyük Birlik Partiyasının (BBP) qurucu sədri Muhsin Yazıcıoğlunun və daha beş nəfərin həlak olduğu helikopter qəzası ilə bağlı FETÖ terror təşkilatına dair aparılan istintaq çərçivəsində 19 şübhəli həbs edilib.