İran hökuməti son beş ayda ABŞ və İsrailin hücumları nəticəsində 350-dən çox dövlət əməkdaşının həlak olduğunu açıqlayıb. Məlumatı hökumətin sözçüsü Fatimə Mühacirani səsləndirib. Onun sözlərinə görə, həlak olanlar arasında mühəndislər, elektrik işçiləri, həkimlər və tibb bacıları da var. İran bu şəxslərin xidmət vəzifələrini yerinə yetirərkən öldüyünü bildirir. Rəsmi Tehran onların fədakarlıqlarını yüksək qiymətləndirib. ABŞ və İsrail tərəfi bu açıqlamaya münasibət bildirməyib. İddialar müstəqil şəkildə təsdiqlənməyib.
#Hörmüzgan
İran Bəndər Abbas şəhəri yaxınlığında ABŞ-a məxsus olduğu bildirilən pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. Məlumatı İranın dövlətə məxsus Fars xəbər agentliyi yayıb. Bildirilir ki, vurulan aparat ABŞ istehsalı olan LUKAS pilotsuz uçuş aparatı olub. Agentlik həmçinin Hörmüzgan vilayətində 20-dən çox düşmən pilotsuz uçuş aparatının məhv edildiyini iddia edir. İran hadisə ilə bağlı əlavə sübut və ya görüntü təqdim etməyib. ABŞ isə bu iddialara hələlik rəsmi münasibət açıqlamayıb. Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Bölgədə hərbi gərginlik yüksək səviyyədə qalmaqda davam edir.