#cavab tədbiri

İran ABŞ qüvvələrini yerləşdirən və İrana qarşı hücumlarda ərazisindən istifadə olunmasına şərait yaradan Körfəz ölkələrinə cavab vermək hüququ olduğunu düşünür. Təhlilçi Məhəmməd Əli Şabani bildirib ki, Tehran özünü ABŞ ilə müharibə vəziyyətində hesab edir. İranın yanaşmasına görə, hücumlar üçün hava məkanını, ərazisini və ya hərbi qurğularını təqdim edən ölkələr də qarşıdurmanın iştirakçısına çevrilə bilər. Buna görə Tehran həmin dövlətlərə qarşı cavab tədbirləri görmək imkanını özündə saxlayır. Bununla yanaşı, Körfəz ölkələri İranla münasibətlərin gərginləşməsində maraqlı deyillər. Coğrafi yaxınlıq həmin dövlətləri Tehranla dialoq saxlamağa məcbur edir. Ekspert hesab edir ki, Körfəz ölkələri müharibənin başa çatması üçün diplomatik təmasların davam etdirilməsini istəyirlər. Onların əsas narahatlığı qarşıdurmanın bütün bölgəyə yayılmasıdır.