#əməkdaşların brend nümayəndəliyi

Marketinq dünyasında son dövrlər "lahmacun indeksi" və "qırmızı dodaq boyası indeksi" kimi qeyri-ənənəvi iqtisadi və sosial göstəricilərlə yanaşı, "döymə indeksi" anlayışı da brendlərin gücünü qiymətləndirən qeyri-rəsmi meyar kimi müzakirə olunur. Mütəxəssislərin fikrincə, istehlakçı və ya əməkdaşın brend loqosunu bədəninə döymə etdirməsi həmin markaya bağlılığın ən yüksək səviyyələrindən biri hesab edilir.