Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ölkədə baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması məqsədilə Böyük Britaniya kralı III Çarlza müraciət edərək İngiltərə Bankında dondurulmuş qızıl ehtiyatlarının ölkəyə qaytarılmasını xahiş edib. Delsi Rodriges dövlət televiziyasına müsahibəsində bildirib ki, qızıl ehtiyatlarının geri qaytarılması ilə bağlı III Çarlza rəsmi məktub göndərib.