Niderland NATO forumunda 3 milyard avrodan çox dəyərində müdafiə layihələrini açıqlayacağını bəyan edib. Müdafiə naziri Dilan Yeşilgöz bildirib ki, söhbət yalnız vədlərdən deyil, konkret layihələrdən gedir. Niderland Belçika ilə hava hücumundan müdafiə, Böyük Britaniya ilə isə hərbi gəmi layihələri üzrə əməkdaşlığı genişləndirəcək. Almaniya ilə yeni birgə müdafiə proqramlarının hazırlanması da gündəmdədir. Bu addımlar NATO ölkələrinin müdafiə xərclərini artırmaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Tramp da uzun müddətdir müttəfiqləri bu istiqamətdə daha çox vəsait ayırmağa çağırır. Mövzu Ankarada keçiriləcək NATO forumu və zirvəsinin əsas gündəm məsələlərindən biri olacaq. Alyansın gələcək müdafiə strategiyası bu görüşlərdə geniş müzakirə ediləcək.