#6 milyard dollar

İran ABŞ ilə imzalanmış anlaşma memorandumunun icrasına nəzarət məqsədilə xüsusi əlaqə kanalının yaradılacağını açıqlayıb. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadinin sözlərinə görə, bu mexanizm memorandumun mümkün pozuntularının müzakirəsinə imkan verəcək. O, açıqlamanı Qətər vasitəçiləri ilə keçirilən görüşdən sonra verib. Qəribabadi bildirib ki, İranın dondurulmuş 6 milyard dollarlıq vəsaitinin bir hissəsi ölkənin ehtiyac duyduğu malların alınmasına sərf olunacaq. Məlumat İranın rəsmi IRNA agentliyi tərəfindən yayılıb. Danışıqlar ABŞ və İran arasında əldə olunmuş memorandumun icrası çərçivəsində davam edir. Tərəflər öhdəliklərin yerinə yetirilməsi mexanizmlərini müzakirə edirlər.