Tarixdə bu gün Hitlerin Paris səfəri - Nasist lideri Fransa paytaxtında hansı addımları atmışdı? Bu gün İkinci Dünya müharibəsinin ən simvolik hadisələrindən birinin ildönümüdür. 1940-cı il iyunun 28-də nasist Almaniyasının lideri Adolf Hitler Almaniya ordusu tərəfindən işğal edilmiş Fransanın paytaxtı Parisə ilk və yeganə səfərini edib.