#Avropaya keçməyə çalışan miqrantlar

Liviyanın şərq hissəsinə nəzarət edən hakimiyyət orqanları ölkəyə giriş qaydalarını sərtləşdirərək Sudan, Eritreya, Efiopiya və Somali vətəndaşlarının ölkəyə daxil olmasını qadağan edib. Qərarın Avropaya yönələn qeyri-qanuni miqrasiya axınının qarşısını almaq məqsədi daşıdığı bildirilir. Məlumata görə, qərar Liviyanın Aralıq dənizi sahillərindən Avropaya keçməyə çalışan miqrantların sayının artması fonunda qəbul edilib. Şimali Afrika ölkəsi uzun illərdir Avropaya çatmaq istəyən minlərlə insan üçün əsas tranzit marşrutlardan biri hesab olunur.