FIFA Dünya Kuboku zamanı 7 milyondan çox təhqiramiz paylaşım aşkarladığını açıqlayıb. Bu göstərici 2022-ci il turniri ilə müqayisədə 14 dəfə yüksəkdir. Süni intellekt tərəfindən müəyyən edilən 500 mindən çox mesaj mütəxəssislər tərəfindən yoxlanılıb. 1000-dən artıq ciddi təhdid hüquq-mühafizə orqanlarına göndərilib. Turnir ərzində ümumilikdə 53 milyondan çox paylaşım və şərh moderasiya edilib. FIFA daha əvvəl bildirmişdi ki, təhqiramiz mesajların 11 faizi irqi xarakter daşıyır. Qurum onlayn nifrət nitqinə qarşı mübarizəni davam etdirəcəyini bəyan edib.
#kiber təhlükəsizlik
İran Yaxın Şərqdə mobil şəbəkələr vasitəsilə ABŞ hərbi personalının yerlərini izləyib. Londonun “Financial Times” qəzeti məlumatın “Mobile Surveillance Monitor” tədqiqatına əsaslandığını qeyd edir. ABŞ qanunvericiləri smartfon reklam texnologiyası və roaming sistemlərinin hərbi heyəti həssas vəziyyətə qoyduğunu bildiriblər. İranın bu üsullardan istifadə edərək ABŞ personalını izlədiyi, xüsusilə Şimali İraq Kürd bölgəsində kommersiya məlumat bazaları vasitəsilə izləmə aparıldığı vurğulanır. Ekspertlər İranın real vaxt rejimində məlumat toplamaq imkanlarını təsdiqləyirlər. Bu, regionda kiber təhlükəsizlik və hərbi fəaliyyət üçün ciddi risk hesab olunur.
İranda üç bank kiberhücum nəticəsində kart xidmətlərini müvəqqəti dayandırıb. Bank Melli, Saderat və Tejarat sistemləri təsirlənib. ATM və mobil xidmətlərdə də fasilələr yaranıb. Hücumun kim tərəfindən edildiyi hələ açıqlanmayıb. Rəsmilər məlumat sızması olmadığını bildirir.