#nüvə proqramı

Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı üzrə danışıqlarının nəticəsiz qalmasından sonra avqustun 28-də Tehrana qarşı sanksiyaların bərpa olunmasına qərar verə bilər. Məlumata görə, yaxın günlərdə Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə qərarını təqdim edəcək. Qəbul olunduğu halda, İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar 30 gün ərzində yenidən qüvvəyə minəcək.

Tehran Hizbullahın dəstəyinə ehtiyac duyur və ona heç bir şeyi diktə etmir. Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani səsləndirib. “Biz Livan ‘Hizbullah’ının dəstəyinə necə ehtiyac duyuruqsa, o da bizə ehtiyac duyur. Biz ‘Hizbullah’a heç nəyi zorla qəbul etdirmirik, Livan məsələləri daxili dialoq yolu ilə həll olunmalıdır”.

İranın Xarici İşlər naziri Abbas Əraqçi, ABŞ-dan danışıqlara dair mesaj alındığını, lakin Tehran rəhbərliyinin bu məsələ ilə bağlı hələlik qəti qərar vermədiyini bildirib. İranın xarici işlər naziri Abbas Əraqçi, İran dövlət televiziyasına verdiyi müsahibədə gündəmdəki məsələlərlə bağlı sualları cavablandırıb. Əraqçi, ABŞ tərəfindən onlara bəzi mesajların çatdırıldığını bildirərək,“Hələ qəti qərar yoxdur. Danışıqların baş tutub-tutmayacağı tamamilə bizim maraqlarımızın nə tələb etdiyindən asılıdır.” - deyə qeyd edib.

Peyk görüntüləri, Rusiyanın Kamçatka bölgəsində 30 iyulda baş verən 8,8 bal gücündəki zəlzələnin episentrinə yaxın ərazidə yerləşən Rıbaçi Nüvə Sualtı Qayıqları Bazasının zərər gördüyünü göstərdi. Mərkəzi ABŞ-da yerləşən Planet Labs PBC şirkətinin təqdim etdiyi və New York Times (NYT) qəzetində yayımlanan peyk görüntüləri, Kamçatkada baş verən zəlzələnin Rusiyaya məxsus strateji əhəmiyyətə malik bazaya təsirlərini üzə çıxardı.

Rusiya Prezidenti Vladimir Putin ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Xatırladaq ki, iyulun 28-də Putin Netanyahu ilə telefon danışığında Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulamışdı. O, Suriyada bütün etnik və dini qrupların qanuni hüquqlarının və maraqlarının qorunması ilə daxili siyasi sabitliyin gücləndirilməsinin əhəmiyyətini qeyd etmişdi. O, həmçinin İranın nüvə proqramı ilə bağlı böhranın danışıqlar yolu ilə həll olunması üçün Moskvanın vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.