Belçikanın Euramec şirkəti ilə Türkiyənin HAVELSAN şirkəti arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb. Razılaşma Parisdə keçirilən “Eurosatory 2026” sərgisində elan olunub. Tərəfdaşlıq uçuş simulyasiya texnologiyaları üzrə əməkdaşlığı əhatə edir. Belçika tərəfi Türkiyə bazarını strateji imkan kimi qiymətləndirib.