İsveçrə ABŞ və İran arasında mümkün Memorandum imzalanması üçün ev sahibliyi təklif edib. Bu yalnız tərəflər razılaşarsa mümkün olacaq. İsveçrə Xarici İşlər Nazirliyi AFP agentliyinə açıqlama verib. Nazirlik bildirib ki, prosesə tam şəkildə cəlb olunublar. ABŞ və İranla yaxından əlaqə saxlanılır. İsveçrə Memorandumun imzalanmasını dəstəkləyir. Məqsəd atəşkəsi möhkəmləndirməkdir. Eyni zamanda münaqişənin de-eskalasiya olunmasına yardım edilir.