Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, daxili qoşunlar tərəfindən yeddi vilayətdə aparılan genişmiqyaslı əməliyyatlar nəticəsində səkkiz mütəşəkkil cinayət şəbəkəsi zərərsizləşdirilib, ümumilikdə 64 nəfər saxlanılıb. Nazir sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, bu əməliyyatların əsas məqsədi şəhərlərin təhlükəsizliyini və vətəndaşların rahatlığını təmin etməkdir.
#Aydın
Aydın şəhərində yerləşən Didim dövlət xəstəxanası 15 növ dərman alışı üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Dərmanlar tenderin nəticələri açıqlandıqdan sonra 120 gün ərzində təhvil alınacaq. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
Aydın şəhərində yerləşən Nazilli Dövlət Xəstəxanası tərəfindən 45 növ fizioterapiya cihazı alışı ilə bağlı tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Cihazlar tenderin nəticələri açıqlandıqdan sonra 60 gün ərzində təhvil alınacaq.
Türkiyənin Balıkesir vilayətində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. u barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Daxili işlər naziri Ali Yerlikaya əməliyyatların Aydın, Hakkari, Ankara, Balıkəsir və Mersin vilayətlərində keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, saxlanılan şəxslərdən 26-sı barəsində həbs qərarı çıxarılıb, 9 nəfərə məhkəmə nəzarəti tədbiri tətbiq edilib, digər şəxslərlə bağlı istintaq davam etdirilir. Maliyyə Cinayətləri İstintaq İdarəsinin (MASAK) məlumatına görə, həbs edilən şübhəlilərin bank hesablarında ümumilikdə 1,2 milyard türk lirəsi həcmində pul dövriyyəsi aşkarlanıb və həmin hesablara qarşı ehtiyat tədbirləri görülüb.