2026-ci ilin may ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 19 milyon 313 min 385 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin may ayında hava limanının beynəlxalq reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 10 milyon 546 min 958 nəfər, daxili reyslər üzrə isə 13 faiz artaraq 8 milyon 766 min 427 nəfər təşkil edib.