Azərbaycan İslam Ensiklopediyası X əsr Bərdə alimləri: Fəqih və şair Əbül-Qasım Bərdəi Şafii məzhəbinə mənsub fəqih idi. Əbül-Qasım Bərdəi adı ilə tanınan alim məşhur mühəddis Əbül-Həsən Əli Darəqutninin (öl. 995) yaxın dostu idi. Əbül-Qasım Bərdəi həmçinin istedadlı şair idi. O, imam Şafiini (öl. 819) mədh edən qəsidələr yazmışdı.