#İranın Amazonu

2006-cı ilin qışında Tehranın səs-küylü bazarlarında rəqəmsal fotoaparat axtaran iranlı əkiz qardaşlar Həmid və Səid Məhəmmədi qarşılaşdıqları problemə görə sonradan ölkənin ən böyük texnologiya uğurlarından birinin təməlini qoyacaqlarını təsəvvür belə etmirdilər. Həmin dövrdə İran bazarında məhsul keyfiyyəti, zəmanət sistemi və müştəri rəyləri demək olar ki, mövcud deyildi. Aldıqları fotoaparatın təqdim olunan xüsusiyyətlərə uyğun gəlməməsi və yüksək qiymətə satılması qardaşları ənənəvi satış sisteminin problemləri barədə düşünməyə vadar edib.