2013-cü ildə ekranlara çıxan Prisoners (“Əsirlikdə qalanlar”) kriminal-triller janrında çəkilmiş və dünya kinosunda son illərin ən təsirli psixoloji filmlərindən biri hesab olunur. Filmin rejissoru Denis Villeneuve, ssenari müəllifi isə Aaron Guzikowskidir. Ekran əsərində əsas rolları Hugh Jackman, Jake Gyllenhaal, Viola Davis, Maria Bello, Terrence Howard, Melissa Leo və Paul Dano canlandırıblar.