İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Livanın cənubunda hərbçilərin ölümü ilə nəticələnən hücumla bağlı sərt bəyanat verib. O, hadisəni Livanın suverenliyinə və dövlət institutlarına qarşı yönəlmiş ağır cinayət kimi dəyərləndirib. Bəqainin sözlərinə görə, bu hadisə İsrailin Livanda təhlükəsizlik və sabitliyin təmin olunmasında maraqlı olmadığını göstərir. İran rəsmisi həmçinin İsraili hərbi və mülki hədəflər arasında fərq qoymamaqda ittiham edib və həlak olanların ailələrinə başsağlığı çatdırıb.