#Bəndər-Abbas

İran ABŞ hücumlarının ölkənin mühüm infrastrukturuna ciddi ziyan vurduğunu açıqlayıb. Buşehr hava limanının fəaliyyətini dayandırdığı, Çabahar limanındakı nəzarət qülləsinin dağıldığı bildirilib. Ölkə üzrə 12 körpü və iki tunelin zədələndiyi qeyd olunub. Dəmir yolu xətləri və bir neçə hava limanının da zərər gördüyü açıqlanıb. İran qaz hasilatı gücünün 230 milyon kubmetr azaldığını bildirib. Hökumətin məlumatına görə, müharibə zamanı 350-dən çox dövlət əməkdaşı həlak olub. ABŞ bu iddialara hələlik cavab verməyib.

ABŞ-ın gecə hücumları İranın Hörmüzqan vilayətində rabitə infrastrukturuna ziyan vurub. İran rəsmiləri 116 telekommunikasiya qülləsinin fəaliyyətdən dayandığını bildiriblər. Hücumların Bəndər-Abbas və Hacıabad şəhərlərində rabitəni pozduğu qeyd olunur. Bəzi ərazilərdə sabit telefon xidmətində fasilələr yaranıb. Mobil rabitə və internet bağlantısında da problemlər müşahidə edilir. Xidmətlərin nə vaxt tam bərpa ediləcəyi açıqlanmayıb. Hörmüzqan İranın strateji liman və enerji bölgələrindən biridir. ABŞ tərəfi yayılan məlumatlara hələlik münasibət bildirməyib.