#Qətər İranla bağlı 12 milyard dollar iddiasını niyə təkzib etdi

Qətər Xarici İşlər Nazirliyi İranla razılaşmanın yekunlaşdırılması üçün Tehrana 12 milyard dollar təklif edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Nazirliyin sözçüsü Macid Əl-Ənsari ABŞ mənşəli sosial şəbəkə platformasında paylaşdığı açıqlamada iddiaların tamamilə əsassız olduğunu bildirib.