#Öhdəliklər

İran nümayəndə heyətinin İsveçrəyə səfərinin məqsədi ABŞ-nin öhdəliklərinin icrasını müzakirə etməkdir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib. O bildirib ki, Tehran razılaşmanın yerinə yetirilməsi məsələsində ciddi mövqe nümayiş etdirəcək. Nümayəndə heyətinin əvvəlki səfərinin təxirə salınması rəqəmsal imza prosesi ilə əlaqələndirilib. İran tərəfi yekun razılaşmaya keçid üçün ilkin öhdəliklərin icrasını vacib sayır. Bəqayi bu istiqamətdə kifayət qədər irəliləyiş görmədiklərini deyib. İsveçrədəki görüşlərdə ABŞ-dən konkret izahatlar tələb olunacaq. Diplomatik prosesin gələcəyi həmin müzakirələrdən asılı ola bilər.

Birləşmiş Ərəb Əmirlikləri Əbu-Dabidəki “Bərəkə” Atom Enerjisi Stansiyasına dron hücumundan sonra İraq hökumətini öz ərazisindən qaynaqlanan düşmən xarakterli fəaliyyətlərin qarşısını almağa çağırıb. BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İraq Respublikasının hökumətinə öhdəlik götürərək bütün düşmən xarakterli fəaliyyətlərin təcili və şərtsiz qarşısını almağın vacibliyi qeyd edilib. Nazirlik əlavə edib ki, belə təhdidlərin beynəlxalq və regional qanunlar, eləcə də konvensiyalara uyğun şəkildə operativ, dərhal və məsuliyyətli formada aradan qaldırılması zəruridir.