#Qlobal təhlükəsizlik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran və ABŞ arasında əldə olunan razılaşmanı alqışlayıb. O, Ankaranın bu sənəddən böyük məmnunluq duyduğunu bildirib. Ərdoğanın sözlərinə görə, razılaşma bölgədə davamlı sülh və sabitlik üçün mühüm imkan yaradır. Türkiyə lideri diplomatiyanın üstünlük qazanmasını müsbət hal kimi qiymətləndirib. O, bütün tərəfləri razılaşmanın şərtlərinə əməl etməyə çağırıb. Ankara bundan sonra da siyasi dialoqa dəstək verməyə hazır olduğunu bəyan edib. Türkiyə son aylarda İran və ABŞ arasında aparılan danışıqlara dəstək göstərən əsas ölkələrdən biri olub. Razılaşma bölgədə gərginliyin azalması istiqamətində mühüm addım kimi dəyərləndirilir.

2026-cı ilin əvvəlində dünyadakı nüvə başlıqlarının sayının 12 187-yə çatdığı bildirilir. Nüvə arsenalına görə ilk iki pillədə Rusiya və ABŞ qərarlaşıb. Bu iki ölkə birlikdə dünya üzrə bütün nüvə başlıqlarının təxminən 86 faizinə sahibdir. Çin son illərdə arsenalını artıraraq üçüncü yerdə möhkəmlənib. Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, İsrail və Şimali Koreya da nüvə silahına malik dövlətlər sırasında yer alır. Mütəxəssislər nüvə silahlarının əsas hissəsinin məhz Rusiya və ABŞ-da cəmləşməsinin qlobal təhlükəsizlik balansına təsir göstərdiyini bildirirlər. Son qiymətləndirmələr nüvə silahlanmasının beynəlxalq təhlükəsizlik gündəmində əsas mövzulardan biri olaraq qaldığını göstərir.