İsrailin Livanın Sur şəhəri və ətraf ərazilərinə hücumları daha da intensivləşib. Bölgədə qırıcı təyyarələr və pilotsuz aparatların fəallığı artıb, 11 yaşayış məntəqəsi üçün məcburi köçürülmə əmri verilib. Minlərlə insanın təhlükə ilə üzləşdiyi bildirilir.
#Sur şəhəri
Livanın cənubundakı Sur və Nəbatiyyə bölgələrinə həyata keçirilən hücumlar nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hücumlar yaşayış məntəqələrinə və müxtəlif ərazilərə ciddi ziyan vurub.
Atəşkəs müddətinin uzadılmasına baxmayaraq, Livanın cənubunda hava hücumları və artilleriya atəşləri davam edir. Bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi nəticəsində bir milyondan çox insanın yaşayış yerlərini tərk etdiyi bildirilir.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avixay Adrai Livanın Sur şəhərində bir neçə binanın yerləşdiyi ərazi üçün köçürülmə xəbərdarlığı yayıb. İsrail tərəfi həmin binaların Hizbullah tərəfindən istifadə edildiyini iddia edib və sakinlərdən ərazini tərk etməyi tələb edib.